Bank Of Baku

Kiyev Prokurorluğu parlamentdə baş vermiş qarşıdurma ilə bağlı araşdırma aparır

Kiyev Prokurorluğu parlamentdə baş vermiş qarşıdurma ilə bağlı araşdırma aparır
# 17 dekabr 2010 11:50 (UTC +04:00)
Bakı – APA. Ukraynanın Kiyev şəhər Prokurorluğu dekabrın 16-da Ali Radada deputatlar arasında baş vermiş qarşıdurma ilə bağlı araşdırma aparacaq. APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, prokurorluq hadisəyə dair bütün informasiyaları təhlil edir.

Xatırladaq ki, dekabrın 16-da axşam parlamentin iclas zalında hakimiyyətdəki Regionlar Partiyasının və müxalifətdəki “Yuliya Timoşenko” blokunun deputatları arasında əlbəyaxa dava olub. RP üzvləri Y. Timoşenkoya qarşı cinayət işi qaldırılmasına etiraz əlaməti olaraq parlamentin Rəyasət Heyətini və tribunasını mühasirəyə alan müxalifətçi deputatları oradan sıxışdırıb çıxarmaq üçün əməliyyat keçiriblər. Nəticədə 5 müxalifətçi deputat yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR