Bank Of Baku

Rusiyada milli zəmində toqquşmalar məktəblərə də keçib

Rusiyada milli zəmində toqquşmalar məktəblərə də keçib
# 17 dekabr 2010 15:01 (UTC +04:00)
Bakı-APA. Rus millətçiləri sabah Moskvada yeni aksiya planlaşdırırlar. APA-nın “RBK”ya istinadən yaydığı məlumata görə, millətçilər sabah “Ostankino” telestudiyasının qarşısında toplaşmaq niyyətindədirlər. Lakin yerli mətbuatın yazdığına görə, milli, etnik və dini zəmində toqquşmalar təkcə əvvəlcədən elan olunan ərazilərdə baş vermir. Dünən Rusiya Dövlət Bədən Tərbiyəsi Universitetinin əslən Dağıstandan olan üç tələbəsi 25 yaşlı mühəndis Dmitri Zimini döyüblər. Tələbələrdən biri onun üzünə travmatik silahdan atəş açıb. Rus mühəndisə hücum edənlərin güləş üzrə Rusiya yığmasının üzvləri olduğu müəyyənləşib.

Milli zəmində toqquşmalar artıq məktəblərə də keçib. Dünən 13 saylı məktəbdə əslən qafqazlı olan bir şagird bıçaqlanıb. 9-cu sinif şagirdi Tamerlan Saraliyev çoxsaylı bıçaq yaraları ilə Mərkəzi Şəhər Xəstəxanasına gətirilib. Hadisənin təfərrüatları araşdırılır. Milli zəmində toqquşmaların qurbanları arasında Özbəkistan, Qırğızıstan və Vyetnam vətəndaşları da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR