Bank Of Baku

Qırğızıstanda müxalifət partiyasının lideri parlamentin sədri seçilib

Qırğızıstanda müxalifət partiyasının lideri parlamentin sədri seçilib
# 17 dekabr 2010 16:00 (UTC +04:00)
Bakı – APA. Qırğızıstanda müxalifətdəki Ata Yurd Partiyasının lideri Əhmədbəy Keldibekov ölkə parlamentinin sədri seçilib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, onun namizədliyi Ata Yurd, Respublika və Sosial-Demokrat Partiyası tərəfindən irəli sürülüb. Gizli səsvermə nəticəsində 120 deputatın əksəriyyətinin səsini alan Ə. Keldibekov parlamentin yeni sədri olub.

Xatırladaq ki, devrilmiş prezident Kurmanbek Bakiyev tərəfindən yaradılmış Ata Yurd Partiyası son parlament seçkilərində 8,47% səs toplayaraq birinci yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR