Bank Of Baku

Moskvadakı uşaq evlərindən birində yanğın baş verib

Moskvadakı uşaq evlərindən birində yanğın baş verib
# 18 dekabr 2010 14:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Rusiyanın paytaxtı Moskvadakı uşaq evlərindən birində yanğın hadisəsi baş verib.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi məlumata görə, paytaxtın “Narodnovo opolçeniya” küçəsində yerləşən “Xoroşevo-Mnebniki” adlı yeniyetmə və azyaşlılar üçün nəzərdə tutulan uşaq evində baş verən yanğın hadisəsi zamanı bir nəfər - təsərrüfat xidmətində işləyən orta yaşlı kişi ölüb. Onun meyiti yanğınsöndürənlər tərəfindən uşaq evinin ərzaq anbarında aşkar edilib.

Yanğın zamanı orada saxlanılan uşaqlara və tərbiyəçilərə heç bir xəsarət toxunmayıb. Onlar vaxtında binadan evakuasiya olunub. Hadisənin baş vermə səbəbləri barədə isə açıqlama verilməyib. Hazırda yanğın təhlükəsizliyi xidmətinin təhqiqatçıları hadisə yerində araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR