Bank Of Baku

Moskvada Qafqaz əsilli 10 nəfər saxlanılıb

Moskvada Qafqaz əsilli 10 nəfər saxlanılıb
# 18 dekabr 2010 15:29 (UTC +04:00)
Bakı - APA. Moskva milisinin əməkdaşları bu gün Qafqaz əsilli 10 nəfəri saxlayıb. APA-nın “İnterfax”a istinadən xəbərinə görə, saxlanılanların üzərindən qadağan olunmuş müxtəlif əşyalar götürülüb.

Hüquq-mühafizə orqanlarındakı mənbə onların üzərindən qaz balonu, travmatik tapança və vintaçan aşkarlandığını bildirib.

Moskva milisindən bildirilib ki, bu tədbirlər rus millətçi gənclər və Qafqaz əsilli şəxslər arasında gözlənilən toqquşmanın və sanksiyalaşdırılmamış aksiyaların qarşısını almaq üçün aparılan əməliyyat-axtarış tədbirlərinin tərkib hissəsidir. Saxlanılanların arasında azərbaycanlıların olub-olmadığı haqda məlumat verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR