Bank Of Baku

Aleksandr Lukaşenko növbəti dəfə prezident seçilib, Minskdə müxalifətin aksiyası dağıdılıb

Aleksandr Lukaşenko növbəti dəfə prezident seçilib, Minskdə müxalifətin aksiyası dağıdılıb
# 20 dekabr 2010 07:35 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Belarus Mərkəzi Seçki Komissiyası səslərin sayılmasını başa çatdırıb. A. Lukaşenko 79,67% səs toplayaraq növbəti dəfə zəfər qazanıb.

MSK sədri Lidiya Yermoşina seçicilərin 6,47%-nin hamının əleyhinə səs verdiyini açıqlayıb. Üçüncü yeri 2,56%-lə Andrey Sannikov tutub.

Müxalifət isə seçkilərin saxtalaşdırıldığını bəyan edərək paytaxt Minsk şəhərində etiraz aksiyası keçirib. Hökumət Evinin qarşısına toplaşan müxalifət tərəfdarları Daxili Qoşunların əsgərləri və xüsusi təyinatlı milis dəstəsi tərəfindən dağıdılıb. Müxalifətin prezidentliyə namizədlərinin əksəriyyəti döyülüb, bəziləri saxlanılıb. Xüsusi xidmət orqanları namizədlərin, eləcə də hüquq müdafiəçilərinin ofislərində və bəzi redaksiyalarda axtarış aparıb. Mitinq dağıdılarkən 10-dan çox jurnalist xəsarət alıb.

Daxili işlər naziri Anatoli Kuleşov Minskdə baş vermiş qarışıqlıqla bağlı cinayət işi qaldırıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR