Bank Of Baku

Belarus müxalifəti seçkinin nəticələrinin ləğvini tələb edir

Belarus müxalifəti seçkinin nəticələrinin ləğvini tələb edir
# 20 dekabr 2010 10:46 (UTC +04:00)
Bakı – APA. Belarus müxalifətinin prezidentliyə namizədləri Andrey Sannikov və Vladimir Neklyayev seçkilərin nəticələrinin ləğvini tələb edirlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina açıqlayıb. O bildirib ki, hər iki namizəd bu tələblə MSK-ya müraciət edib.

Qeyd edək ki, səsvermənin ilkin nəticələri açıqlandıqdan və Aleksandr Lukaşenkonun 80%-ə yaxın səs toplayaraq yenidən prezident seçildiyi elan olunduqdan sonra müxalifət tərəfdarları Minsk şəhərinin mərkəzindəki Oktyabr meydanında icazəsiz etiraz aksiyası keçirib. Onlar daha sonra Hökumət Evinin qarşısına yollanıblar. Müxalifətçilərin bir neçə dəfə binanı ələ keçirməyə cəhd göstərdikləri, qapılardan birini və pəncərələri sındırdıqları bildirilir. Milis və Daxilik Qoşunlar müxalifətçilərin qarşısını sərt tədbirlərlə alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR