Bank Of Baku

Minskdə yüzlərlə müxalifətçi saxlanılıb

Minskdə yüzlərlə müxalifətçi saxlanılıb
# 20 dekabr 2010 10:50 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Minskdə prezident seçkilərinin nəticələri ilə razılaşmayaraq aksiya keçirən yüzlərlə müxalifətçi saxlanılıb. APA-nın «RİA Novosti»yə istinadən məlumatına görə, Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi saxlanan şəxslərin sayını dəqiq açıqlaya bilməyəcəyini deyib.
Belarus Mərkəzi Seçki Komissiyası bazar günü keçirilmiş prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, MSK sədri Lidiya Yermoşina hazırkı prezident Aleksandr Lukaşenkonun 79,67 faiz səslə qalib gəldiyini açıqlayıb. Seçkilərin rəsmi nəticələri 10 gün ərzində açıqlanacaq. Xatırladaq ki, Aleksandr Lukaşenko 2006-cı ildə keçirilmiş prezident seçkilərində 83 faiz səs toplamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR