Bank Of Baku

Minskdə kütləvi iğtişaşlarda iştirak etmiş partiyaların dövlət qeydiyyatı ləğv oluna bilər

Minskdə kütləvi iğtişaşlarda iştirak etmiş partiyaların dövlət qeydiyyatı ləğv oluna bilər
# 21 dekabr 2010 10:29 (UTC +04:00)
Minsk-APA. Belarus Ədliyyə Nazirliyi Minskdə iğtişaşlar törətmiş partiyaların fəaliyyətinin qadağan olunacağını istisna etməyib. APA-nın məlumatına görə, ədliyyə naziri Viktor Qolovanov bildirib ki, əgər partiya və ya ictimai təşkilat kütləvi iğtişaşlarda iştirakla bağlı qərar qəbul etsə, onların qeydiyyatının ləğv olunması məsələsi gündəmə gələcək. Xatırladaq ki, Belarusda 15 siyasi partiya qeydiyyatdan keçib. Prezident seçkilərindən sonra etiraz aksiyalarında iştirak edən prezidentliyə namizədlər bir neçə partiya tərəfindən irəli sürülüb. Aksiyalar zamanı kütlə Hökumət Evini ələ keçirməyə cəhd göstərib. Milis 639 nəfəri, o cümlədən prezidentliyə namizədləri həbs edib. Ədliyyə naziri bildirib ki, kütləvi iğtişaşlarda iştiraka görə inzibati qaydada həbs edilmiş şəxsləri yalnız Belarus prezidentinin əfv etmək hüququ var. Artıq məhkəmə bəzi şəxslər barədə 15 sutka həbs qərarı çıxarıb. Onlar Yeni İli barmaqlıq arxasında keçirməli olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR