Bank Of Baku

Vladimir Putin Gürcüstan müxalifətinin liderlərindən olan Nino Burcanadze ilə görüşüb

Vladimir Putin Gürcüstan müxalifətinin liderlərindən olan Nino Burcanadze ilə görüşüb
# 21 dekabr 2010 13:07 (UTC +04:00)
APA-nın məlumatına görə, Nino Burcanadze Moskvada “Faşizmə qarşı mübarizədə bir hamımız bir yerdə idik” abidəsinin açılış mərasimində iştirak edib. Abidə Kutaisidə “Döyüş Şöhrəti” Memorialının sökülməsinə cavab olaraq ucaldılıb. Vladimir Putin abidənin Gürcüstan gələn qonaqların xoşuna gələcəyinə ümidvar olduğunu deyib: “Təklif olunan layihələr sırasında seçim etmək prosesində mən özüm də iştirak etmişəm. Mənə elə gəlir ki, abidə uğurlu alınıb”. Nino Burcanadze Rusiya baş nazirinə xoş sözləri üçün minnətdarlığını bildirib: “Əlbəttə ki, bu abidənin xalqlarımız arasında münasibətlərin yenidən bərpa olunması prosesinin başlanğıcı olmasını arzu edərdik. Çünki qeyri-normal münasibətlər dinc qonşuluq münasibətlərinə və bu münasibətlərdə mövcud olan problemlərin həllinə yardım etmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR