Bank Of Baku

Ukrayna Ali Radasında baş vermiş insidentlə bağlı cinayət işi açılıb

Ukrayna Ali Radasında baş vermiş insidentlə bağlı cinayət işi açılıb
# 21 dekabr 2010 16:59 (UTC +04:00)
Bakı - APA. Kiyev şəhər Prokurorluğu dekabrın 16-da Ukrayna Ali Radasında baş vermiş insidentlə bağlı cinayət işi qaldırıb.

APA-nın “Ukrainskaya Pravda”ya istinadən xəbərinə görə, cinayət işi “Dövlət xadiminin fəaliyyətinə müdaxilə” maddəsi üzrə açılıb.

Qeyd edək ki, əlbəyaxa dava ilə nəticələnən insidentdə Regionlar Partiyasından və “Yuliya Timoşenkonun Bloku-Batkıvşina” fraksiyasından olan deputatlar iştirak edib. Bu zaman bir neçə deputat xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR