Bank Of Baku

Rusiya Dövlət Dumasının deputatının oğlu qətl törədib

Rusiya Dövlət Dumasının deputatının oğlu qətl törədib
# 22 dekabr 2010 09:44 (UTC +04:00)
Moskva-APA. Rusiya Dövlət Dumasının üzvü, kommunist Nina Ostaninanın oğluna qarşı qətl törətmək maddəsi ilə ittiham irəli sürülüb. APA-nın məlumatına görə, Rusiya İstintaq Komitəsi deputatın oğlunun bir ay əvvəl saxlandığını və onun törətdiyi cinayəti etiraf etdiyini deyib.

Qətl hadisəsi noyabrın 25-də İsakov küçəsindəki binanın mənzilində baş verib. Milis əməkdaşları mənzildə çoxsaylı bıçaq zərbələrindən dünyasını dəyişmiş paytaxt sakininin meyitini tapıblar. Əməliyyat-axtarış tədbirləri nəticəsində Daniil Ostanin adlı şəxs Moskva-Barnaul qatarında saxlanıb. Onun çantasından qan izləri olan paltar aşkarlanıb. Bir gün sonra istintaqa ifadə verən Ostanin qətli törətdiyini etiraf edib. Öldürülən şəxsin Mixail Milşteyn olduğunu müəyyənləşib. Ostaninin şəriki olan Milşteyn narkotik maddə aludəçisi olub.

Xatırladaq ki, Daniil Ostaninin anası Nina Ostanina II, III, IV və V çağırış Dövlət Dumasının üzvü olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR