Bank Of Baku

Gürcüstanda QHT-lər yeni ümumxalq bayramların qeyd olunması təşəbbüsü ilə çıxış ediblər

Gürcüstanda QHT-lər yeni ümumxalq bayramların qeyd olunması təşəbbüsü ilə çıxış ediblər
# 22 dekabr 2010 21:17 (UTC +04:00)
Tiflis. Nizami-Məmmədzadə-APA. «Avropa Gürcüstan üçün» adlı birləşmiş qeyri-hökumət təşkilatı Gürcüstanda yeni ümumxalq bayramların qeyd olunması təşəbbüsü ilə çıxış edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 55 QHT-ni özündə birləşdirən bu təşkilat gürcü yəhudilərinin qeyd etdikləri “Xanuka” bayramının da ümumxalq bayramı kimi qeyd olunması təşəbbüsünü irəli sürüb.

“Avropa Gürcüstan üçün” QHT-nin irəli sürdüyü təşəbbüs qrupunun üzvlərindən biri olan Tamar Çerqoleişvili jurnalistlərə açıqlamasında bildirib ki, əgər ölkədə yanğından təhlükəsizlik və polis günləri qeyd edilirsə, Gürcüstanda yaşayan etnik azlıqların da bayramları qeyd edilməlidir: “Vacib deyil ki, həmin günlər qeyri-iş günü olsun, lakin yaxşı olar ki, həmin gün bayram kimi elan olunsun. Bununla biz ölkədə yaşayan etnik azlıqlara hörmətimizi bildirərdik. Novruz Bayramı Gürcüstan prezidentinin təşəbbüsü ilə Milli Bayram elan edilib. Biz bu bayramla yanaşı 25 dekabr, 6 yanvar, 8 may, 9 may və “Xanuka”nın birinci gününü bayram kimi qeyd olunmasını istəyirik. Sovetlərin öz mövcudluğunu dekabrın 31-də dayandırması da ictimai bayram kimi elan olunmalı, həm də təqvimdə bu bayramların dəqiq günü qeyd olunmalıdır”.

Xatırladaq ki, “Avropa Gürcüstan üçün” birləşmiş QHT keçən il dekabrın 15-də yaradılıb. Azadlıq Strategiyası və inkişafı İnstitutu, yeni iqtisadi məktəb direktorları Assosiasiyası, "Liberal" fondu və digər qeyri-hökumət təşkilatları bu təşkilatda birləşiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR