Bank Of Baku

Medvedev: «Rusiya fövqəldövlət olmaq iddiasında deyil»

Medvedev: «Rusiya fövqəldövlət olmaq iddiasında deyil»
# 22 dekabr 2010 22:22 (UTC +04:00)
Bakı-APA. Rusiya fövqəldövlət statusunda çıxış etmək iddiasında deyil və digər ölkələrə də bunu məsləhət görmür.

«Mən istəməzdim ki, kimsə nə vaxtsa bu terminologiyadan istifadə etsin. Məncə digər ölkələr də bundan çəkinməlidirlər», deyə Medvedev bildirib.

O qeyd edib ki, «bu gün biz çoxqütblü dünyadan danışmağa çalışırıq, son vaxtlar amerikalı tərəfdaşlarımız da bundan danışmağa başlayıblar».

«Dövlətin rəqabətədavamlı inkişafını yalnız bu yolla təmin etmək olar», deyə Rusiya prezidenti qeyd edib.

Medvedevin sözlərinə görə, «dövlətin başına gələcək ən təhlükəli iş onun öz statusundan həzz almağa başlaması və biz ən güclüyük, bizə heç nə ola bilməz, biz özümüz inkişaf edə bilərik, ətrafdakılar bizi maraqlandırmır, bizim iqtisadiyyatımız ən güclüdür deməsidir».

«Bütün bunlar bir qayda olaraq dövlətin məhvinə gətirir. SSRİ-nin taleyi məhz bu illüziylarla bağlı idi. SSRİ özünün kifayət qədər müstəqil və varlı hesab edirdi və hansısa ayrıca ssenariylə inkişaf edəcəyini fikirləşirdi. Alınmadı», deyə Medvedev bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR