Bank Of Baku

Nursultan Nazarbayevin prezident kimi səlahiyyət müddəti 2020-ci ilə kimi uzadıla bilər

Nursultan Nazarbayevin prezident kimi səlahiyyət müddəti 2020-ci ilə kimi uzadıla bilər
# 23 dekabr 2010 09:17 (UTC +04:00)
Astana-APA. Qazaxıstanın bir sıra ictimai xadimləri prezident Nursultan Nazarbayevə müraciət edərək səlahiyyətlərini 2020-ci ilə kimi artırmağı təklif ediblər. APA-nın məlumatına görə, ziyalılar bunun xalq səsverməsi keçirilməsi ilə gerçəkləşdirməyi məqbul sayırlar. Bu ideyanın tərəfdarları İst-Kamenoqorskda forum təşkil ediblər. Forumda Qazaxıstanın müxtəlif vilayətlərindən 800-dək nümayəndə iştirak edib.

Forumda çıxış edən yazıçı Oljas Süleymenov bəyan edib ki, prezidenti seçkilər keçirməklə önəmli dövlət işlərindən ayırmaq olmaz: “Seçkilərin nəticələri onsuz da məlumdur, buna görə milyonlarla vəsaiti sərf etmək lazım deyil”. Forum iştirakçıları referendum keçirilməsi üçün təşəbbüs qrupu yaradacaqlar.

Xatırladaq ki, Qazaxıstanda analoji forum 1995-ci ildə keçirilib. Referendum nəticəsində prezident Nazarbayevin səlahiyyətləri bir neçə il artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR