Bank Of Baku

ABŞ və Avropa Birliyi Belarus hakimiyyətindən həbs olunmuş müxalifətçilərin dərhal azadlığa buraxılmasını tələb edib

ABŞ və Avropa Birliyi Belarus hakimiyyətindən həbs olunmuş müxalifətçilərin dərhal azadlığa buraxılmasını tələb edib
# 23 dekabr 2010 15:46 (UTC +04:00)
Bakı – APA. ABŞ dövlət katibi Hillari Klinton və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton birgə bəyanatla çıxış ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, H. Klinton və K. Eşton Belarus hakimiyyətini Minskdə keçirilmiş kütləvi etiraz aksiyası zamanı həbs olunmuş müxalifətçiləri dərhal azadlığa buraxmağı çağırıblar.

Xatırladaq ki, dekabrın 19-da keçirilən prezident seçkilərində Aleksandr Lukaşenkonun qalib gəldiyi xəbər verildikdən sonra müxalifət Minsk şəhərinin mərkəzində icazəsiz etiraz aksiyası keçirib. Aksiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dağıdılıb. Müxalifət liderləri də daxil olmaqla 639 nəfər həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR