Bank Of Baku

Dmitri Medvedev: “Moskvada korrupsiya görünməmiş miqyas alıb”

Dmitri Medvedev: “Moskvada korrupsiya görünməmiş miqyas alıb”
# 24 dekabr 2010 12:18 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, D. Medvedev Rusiyanın 3 telekanalına müsahibəsində deyib ki, Moskvada problemlər başdan aşır: “Bu şəhərdə hədsiz sayda problem var. Korrupsiya görünməmiş miqyas alıb. Görünməmiş miqyas! Hətta 10 milyonluq şəhər üçün belə korrupsiyanın miqyası çox böyükdür”.

D. Medvedev bildirib ki, istənilən ölkənin, regionun rəhbərinin vəzifəsi öz ərazisində baş verənlərə nəzarət etməkdir. O qeyd edib ki, Y. Lujkov paytaxtdakı problemlərin həllinə kifayət qədər vaxt ayırmırdı: “İş görmək lazımdır, şəxsi piar və siyasi dartışmalarla məşğul olmaq yox. Ümid edirəm ki, yeni mer başqa cür çalışacaq. O, qabiliyyətli insandır, ulduz xəstəliyinə tutulmayıb, şəxsi piar və siyasi rəqabətə can atmır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR