Bank Of Baku

Bişkəkin mərkəzində avtomobildə partlayıcı aşkarlanıb

Bişkəkin mərkəzində avtomobildə partlayıcı aşkarlanıb
# 25 dekabr 2010 08:05 (UTC +04:00)
Bakı – APA. Bu gün səhər saatlarında Qırğızıstanın hüquq-mühafizə orqanları paytaxt Bişkəkin mərkəzində partlayıcı maddələrlə dolu avtomobil aşkarlayıb.
APA-nın «RİA Novosti» agentliyinə istinadən verilən məlumata görə, «Land Rover» markalı bu avtomaşın Baş Daxili İşlər İdarəsinin binası qarşısında parklanmışdı. Səhər saat 05:30-da aşkarlanan avtomobilin salonunda metal qırıntıları və partlayıcı maddələrlə doldurulmuş balon tapılıb. Saat mexanizmi ilə təchiz olunmuş və 8-10 kq trotil ekvivalentində olan bu partlayıcı saat 08:45-də işə düşməli idi.
İlkin araşdırmalar zamanı məlum olub ki, əcnəbi vətəndaşa məxsus olan bu avtomobil bir gün öncə qaçırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR