Bank Of Baku

Bişkekdə maşına yerləşdirilmiş partlayıcı qurğu zərərsizləşdirilib

Bişkekdə maşına yerləşdirilmiş partlayıcı qurğu zərərsizləşdirilib
# 25 dekabr 2010 19:50 (UTC +04:00)
Bakı-APA. Qırğızıstan hökumətin nümayəndələri paytaxt Bişkekdə milis idarəsinin yanında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun zərərsizləşdirməsi barədə xəbər veriblər.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbər görə, daxil olan məlumata əsasən, milis idarəsinin yanında aşkar edilmiş Jeep avtomobilinə əldəqayırma partladıcı qurğu qoyulmuşdur.

Müstəntiqlər deyirlər ki, bu avtomobilin cümə günü silahlı quldurlar tərəfindən bir Amerika vətəndaşından oğurlandığı ehtimal edilir.

Maşına bomba qurğusunun kimin yerləşdirdiyi məlum deyil. Lakin bu ilin əvvəlində Qırğızıstanda islamçıların zorakılıqları və etnik zəmində qanlı qarşıdurma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR