Bank Of Baku

Moskva ətrafında 100 min sakin işıqsız qalıb, “Domodedovo” beynəlxalq aeroportunun da elektrik enerjisi kəsilib

Moskva ətrafında 100 min sakin işıqsız qalıb, “Domodedovo” beynəlxalq aeroportunun da elektrik enerjisi kəsilib
# 26 dekabr 2010 11:16 (UTC +04:00)
APA-nın məlumatına görə, Moskva Birləşmiş Elektrik Şəbəkəsi Şirkətindən bildirib ki, kəskin hava səbəbindən müxtəlif gücə malik 72 elektrik verilişi xətti kəsilib, bir neçə yarımstansiya işləmir. Moskvanın özündə isə enerji təchizatında problem yoxdur.

Elektrik kəsintisinin əsas səbəbi elektrik verilişi xətlərinin buz bağlamasıdır. Dekabrın 25-də Moskva regionunda yağış yağıb. Yağışdan sonra isə hava kəskin soyuq olduğundan küçələrdə güclü buzlaşma olub. Dekabrın 26-da da vəziyyət dəyişməyib. Yollar buz bağladığından şəhər rəhbərliyi sakinləri evlərindən çıxmamağa, avtomobillərdən imkan daxilində az istifadə etməyə çağırıb.

Yaşayış binaları ilə yanaşı, “Domodedovo” beynəlxalq aeroportu da işıqsız qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR