Bank Of Baku

Ukraynanın keçmiş daxili işlər naziri həbs edilib

Ukraynanın keçmiş daxili işlər naziri həbs edilib
# 27 dekabr 2010 07:43 (UTC +04:00)
Bakı – APA. Ukraynanın sabiq daxili işlər naziri Yuri Lutsenko dekabrın 26-da evinin qarşısında həbs edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Y. Lutsenkoya qarşı Ukrayna Cinayət Məcəlləsinin 364-cü maddəsinin 3-cü bəndi ilə (hüquq-mühafizə orqanları işçisinin hakimiyyət və ya xidməti vəziyyətindən sui-istifadə etməsi) ittiham irəli sürülüb. O, keçmiş prezident Viktor Yuşşenkonun zəhərlənməsi işinin istintaqı zamanı qanunsuz əməliyyat-axtarış tədbirləri həyata keçirməkdə ittiham olunur. Y. Lutsenko vəkili vasitəsilə bildirib ki, onu V. Yuşşenkonu zəhərləməkdə günahlandırmaq istəyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR