Bank Of Baku

Nursultan Nazarbayevin prezident səlahiyyətlərinin 2020-ci ilədək uzadılmasına dair referendum keçiriləcək

Nursultan Nazarbayevin prezident səlahiyyətlərinin 2020-ci ilədək uzadılmasına dair referendum keçiriləcək
# 27 dekabr 2010 09:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Qazaxıstan Mərkəzi Seçki Komissiyası Nursultan Nazarbayevin prezident səlahiyyətlərinin 2020-ci ilə kimi uzadılmasına dair referendum keçirmək barədə təşəbbüs qrupunun müraciətini bu gün qeydiyyata alıb. APA-nın «İTAR-TASS»a istinadən məlumatına görə, MSK-nın sədri Kuandık Turqankulov deyib ki, təşəbbüs qrupun üzvlərinə vətəndaşların imzasını toplamaq üçün vərəqlər veriləcək. Referendum keçirmək üçün bütün vilayətlər üzrə ən azı 200 min imzası toplanmalıdır.
Referendum keçirmək üçün təşəbbüsü dekabrın 23-də Ust-Kamenoqorskda keçirilən ümumrespublika forumunda səslənib. İclasda Qazaxıstanın 14 vilayətindən, eləcə də Astana və Almatıdan 850 nümayəndə iştirak edib.
Xatırladaq ki, 70 yaşlı Nursultan Nazarbayev 20 ildən artıqdır ki hakimiyyətdədir. Onun 2012-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyəti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR