Bank Of Baku

Ermənistanın kənd təsərrüfatı naziri istefa verib

Ermənistanın kənd təsərrüfatı naziri istefa verib
# 27 dekabr 2010 11:54 (UTC +04:00)
Bakı-APA. “Orinaç erkir” partiyası Gerasim Alaverdyanı Ermənistanın kənd təsərrüfatı naziri postundan geri çağırıb. APA-nın “Armenia Today” saytına istinadən yaydığı məlumata görə, bu barədə partiyanın lideri, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Bağdasaryan keçirdiyi mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, bu barədə qərar prezident Serj Sərkisyanla müzakirələr nəticəsində qəbul olunub: “Bu qərarı təzyiq nəticəsində qəbul etməmişik. Bizə təzyiq göstərmək o qədər də asan deyil. Partiyamız kənd təsərrüfatı naziri postuna yeni namizədi yanvarın 10-dək müəyyənləşdirəcək”. Xatırladaq ki, kənd təsərrüfatı naziri postu koalisiyadakı kvotaya əsasən “Orinaç Erkir”ə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR