Bank Of Baku

Ceyran Qurbanova: “Tiflisdə ermənilər Azərbaycan musiqilərini özəlləşdirirlər”

Ceyran Qurbanova: “Tiflisdə ermənilər Azərbaycan musiqilərini özəlləşdirirlər”
# 27 dekabr 2010 21:24 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. "Gürcüstanda 4 erməni ansamblı fəaliyyət göstərir. Onlardan birinin adı "Ceyran" adlanır. Azərbaycanlıların da "Ceyran" ansamblı var və bu il bu folklor ansamblı artıq 11-ci ildir ki, fəaliyyət göstərir. Ansamblımızda 60 gənc qız və 20 nəfər oğlan çalışır”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Tiflisdə fəaliyyət göstərən azərbaycanlı gənc oğlan və qızlardan ibarət "Ceyran" folklor ansamblının bədii rəhbəri Ceyran Qurbanova məlumat verib.

“Ermənilər bizim "Ceyran" ansamblının adından və proqramından həmişə istifadə etməyə çalışırlar. Bizim ansambl mənim adımla adlandırılıb. Erməni ansamblı "Qarabağ" və "Sarı gəlin" Azərbaycan xalq rəqslərini öz repertuarlarına daxil ediblər. Mənim onlarla hər dəfə çıxışlar zamanı mübahisəm olub. Mən həmişə onların əksinə gedirəm və çəkinmirəm. Gürcü televiziyalarında çıxışlarımız zamanı mən tələb edirəm ki, birinci olaraq biz çıxış edək. Artıq ermənilər çalışırlar ki, mən olan yerdə Azərbaycan musiqisindən istifadə etməsinlər. Biz Gürcüstanda Azərbaycan xalq musiqi və rəqslərini təbliğ edirik. Lakin bizə dəstək yoxdur. Bizim adımızı heç Azərbaycan televiziyaları da çəkmirlər. Bu il bizə ARDNŞ-in Gürcüstan nümayəndəliyi, Azərbaycan səfirliyi və "Azərinşaat servis" dəstək olmağa və yardım etməyə başlayıblar. Biz bir çox beynəlxalq festivallarda iştirak etmişik. İki dəfə Qran Pri mükafatı almışıq. Tbilisoba bayramlarında, Siqnaxidə, Bakıdakı filarmoniyada, Türkiyədə-Ankarada, Trabzonda və digər şəhərlərdə Gürcüstanda yaşayan etnik azərbaycanlıları təmsil etmişik. Gürcüstanda bütün tədbirlərdə fəal iştirak edirik. Mən dəfələrlə Azərbaycana müraciət etmişəm. Lakin mənə dəstək verən olmayıb. Ermənilər hər dəfə 4 bayraqla səhnəyə çıxırlar, biz isə bir Azərbaycan bayrağı ilə səhnəyə çıxırıq. Onları maliyyə sarıdan dəstəkləyən çoxdur. Buna görə də Tiflisdə fəaliyyət göstərən erməni ansamblı hər cür imkandan istifadə edib Azərbaycan rəqs havalarını “özəlləşdirir””, deyə Qurbanova bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR