Bank Of Baku

“Aeroflot” təxirə salınan aviareyslərin uçuşlarını çərşənbə axşamı davam edəcək

“Aeroflot” təxirə salınan aviareyslərin uçuşlarını çərşənbə axşamı davam edəcək
# 28 dekabr 2010 20:45 (UTC +04:00)
Bakı-APA. “Aeroflot” təxirə salınan aviareyslərin uçuşlarını çərşənbə axşamı davam edəcək.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moskvanın Şeremetyevo hava limanının nümayəndəsi bildirib.
İkinci gündür ki, Rusiya paytaxtda əlverişsiz hava şəraiti ucbatından minlərlə adamın aviareysləri təxirə salınıb. Rusiya Turoperatorlar Assosiasiyası deyib ki, uçuşların təxirə salınması 20 000 insana təsir edib. Şeremetyevodan bildiriblər ki, gecikmələr əsəsən “Aeroflot”-un həyata keçirdiyi aviareyslərdə baş verir.
"Biz vəziyyətin çərşənbə axşamı normallaşacağına ümid edirik" - hava limanının mətbuat xidmətinin nümayəndəsi deyib.
Onun sözlərinə görə, "Aeroflot" dekabrın 26 və 27-nə olan uçuşları göndərmək üçün bu günə olan bəzi reysləri təxirə salmağa məcbur olub.
Hava limanının nümayəndəsi bildirib ki “Aeroflot” qışa hazır olmayıb. Belə ki, şirkətdə təyyarələrin buz bağlamasına qarşı istifadə edilən maye ehtiyatları kifayət qədər deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR