Bank Of Baku

Domodedovo hava limanında istehlakçıların hüquqlarının pozulması ilə bağlı 14 inzibatı iş açılıb

Domodedovo hava limanında istehlakçıların hüquqlarının pozulması ilə bağlı 14 inzibatı iş açılıb
# 28 dekabr 2010 22:24 (UTC +04:00)
Bakı-APA. Rusiya hüquq-mühafizə orqanları Moskvanın Domodedovo hava limanında istehlakçıların hüquqlarının pozulması ilə bağlı 14 inzibati iş açıb.
APA-nın RİA Novosti saytına istinadən verdiyi xəbərə görə, Rospotrebnadzorun nümayəndısi Gennadi Onishchenko bildirib ki, hava limanında sərnişinlərin şikayətləri əsasında 14 inzibati məsuliyyət nəzərdə tutan maddə üzrə iş açılıb.
Bu hava limanında qəza üzündən elektrik enerjisinin verilməsi bir müddət dayandırılmışdı. Domodedovodan 86 reys təxirə salınıb.
Rospotrebnadzorun rəhbəri bildirib ki, hazırda enerji təchizatı bərpa edilib, hava limanında sanitar vəziyyət qənaətbəxşdir, sərnişinlər üçün əlavə içməli su məntəqələri qurulub, əlavə dörd tibb məntəqəsi təşkil olunub.
Xatırladaq ki, iki gündür ki, Rusiya paytaxtda əlverişsiz hava şəraiti ucbatından minlərlə adamın aviareysləri təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR