Bank Of Baku

Rusiya Prokurorluğu hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 12 hərbi pilotun öldüyünü təsdiqləyib

Rusiya Prokurorluğu hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 12 hərbi pilotun öldüyünü təsdiqləyib
# 29 dekabr 2010 08:04 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyası Prokurorluğunun İstintaq Komitəsi dekabrın 28-də axşam Tula vilayətində “An-22” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 12 hərbi pilotun öldüyünü təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, təyyarə Voronejdən Tver vilayətindəki “Miqalovo” hava limanına uçurmuş. Havaya qalxdıqdan bir qədər sonra təyyarə radar ekranlarından itib. Tula vilayətinin Krasnıy Oktyabr qəsəbəsinin sakinləri təyyarəni gördüklərini və partlayış səsi eşitdiklərini bildiriblər. Gecə saat 03 radələrində qəzaya uğramış təyyarənin yeri havadan müəyyən edilib. Təyyarənin düşdüyü yerdə 20 metr diametri olan 4 metr dərinliyində çala aşkarlanıb.

Fakt üzrə cinayət işi qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR