Bank Of Baku

Qazaxıstan prezidentinin səlahiyyət müddətinin artırılmasını istəyən təşəbbüs qrupu artıq 140 min imza toplayıb

Qazaxıstan prezidentinin səlahiyyət müddətinin artırılmasını istəyən təşəbbüs qrupu artıq 140 min imza toplayıb
# 29 dekabr 2010 09:12 (UTC +04:00)
Astana-APA. Qazaxıstan parlamenti prezident Nursultan Nazarbayevin səlahiyyətlərinin 2020-ci ilin dekabrına kimi uzadılmasına dair referendum keçirilməsi ilə bağlı Konstitusiyaya dəyişiklik edəcək. APA-nın məlumatına görə, parlamentin aşağı palatasının sədri Ural Muxamedjanov artıq müvafiq qanun layihəsinin hazır olduğunu deyib. Bazar ertəsi MSK referendum keçirilməsi ilə bağlı təşəbbüs qrupunu qeydə alıb. Konstitusiyaya əsasən referendum keçirilməsi barədə qərar əvvəlcə aşağı palatada, sonra isə Senatda təsdiqlənməlidir. Referendumun keçirilməsi üçün təşəbbüs qrupu ölkənin bütün vilayətlərindən, həmçinin Almatı və Astanadan ən azı 200 min imza toplamalıdır. Dekabrın 27-də qeydə alınan təşəbbüs qrupu artıq qısa müddətdə 140 min imza toplamağa müvəffəq olub. Hazırkı prezident, 70 yaşlı Nursultan Nazarbayev 20 ildən artıqdır hakimiyyətdədir. Növbəti prezident seçkiləri 2012-ci ildə keçirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR