Bank Of Baku

Gürcüstan 2020-ci ilə kimi fasiləsiz olaraq Azərbaycan qazını alacaq

Gürcüstan 2020-ci ilə kimi fasiləsiz olaraq Azərbaycan qazını alacaq
# 29 dekabr 2010 23:51 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan 2020-ci ilə kimi fasiləsiz olaraq Azərbaycan qazını alacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan energetika naziri Aleksandr Xetaquri bildirib. Onun sözlərinə görə, Gürcüstan hökuməti və ARDNŞ nümayəndəliyi təbii qaz təchizatı barədə yeni müqavilə imzalayıblar. "Müqavilədə Gürcüstanı 2020-ci ilə kimi fasiləsiz və etibarlı şəkildə təbii qazla təmin edilməsi qarantı qeyd olunub".

A. Xetaquri bildirib ki, bu müddət ərzində təbii qazın mövcud istehlak qiyməti stabil olaraq qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR