Bank Of Baku

ABŞ Ukraynada müxalifətin təqib olunmasından narahatlığını bildirib

ABŞ Ukraynada müxalifətin təqib olunmasından narahatlığını bildirib
# 30 dekabr 2010 13:47 (UTC +04:00)
Bakı – APA. ABŞ Ukraynada keçmiş hökumət nümayəndələrinin cinayət təqibindən narahatlığını bildirib. APA-nın “Ukrainskaya pravda” xəbər portalına istinadən verdiyi məlumata görə, ABŞ-ın Ukraynadakı səfirliyi bununla bağlı xüsusi bəyanat yayıb. Bəyanatda deyilir: “Biz kiçik istisnalarla yalnız keçmiş hökumət nümayəndələrinin təqib olunmasından narahatlığımızı bildirmişik. Bu, siyasi opponentləri digərlərindən seçərək təqib etmək kimi görünür. ABŞ Ukrayna hakimiyyətinə korrupsiya ilə mübarizə aparmağın vacibliyini xatırladıb. Lakin bu mübarizə siyasi seçmə üsulu və ya siyasi motivlə aparılmamalıdır”.

Qeyd edək ki, Ukraynanın baş prokuroru Viktor Pşonka hazırda Yuliya Timoşenko hökumətinin nümayəndələrinə qarşı 18 cinayət işi qaldırıldığını açıqlayıb. Bu cinayət işlərindən ən səsli-küylü olanı sabiq baş nazir Yuliya Timoşenko və sabiq daxili işlər naziri Yuri Lutsenkoya qarşı qaldırılan cinayət işləridir. Artıq Y. Lutsenko haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR