Bank Of Baku

Məhkəmə Mixail Xodorkovski və Platon Lebedevi 13,5 il müddətinə azadlıqdan məhrum edib

Məhkəmə Mixail Xodorkovski və Platon Lebedevi 13,5 il müddətinə azadlıqdan məhrum edib
# 30 dekabr 2010 15:29 (UTC +04:00)
Bakı-APA. Məhkəmə “YUKOS” şirkətinin sabiq prezidenti Mixail Xodorkovski və Platon Lebedevin cəzasını ümumi rejimli islah-əmək düşərgəsində çəkməklə 13,5 il müddətinə azadlıqdan məhrum edib. APA-nın məlumatına görə, əvvəlki məhkumluqları da nəzərə alınmaqla hər iki şəxs yalnız 2017-ci ildə azadlığa çıxa biləcəklər. Hakim mənimsəmə maddəsi ilə mühakimə olunan Xodorkovski və Lebedevin şərti olaraq cəzalandırılması üçün əsas görməyib. Bundan başqa hər iki şəxsin ümumilikdə 892 milyard rubl dövlət vəsaitini mənimsəməsi faktı üzrə mülki məhkəmə təhqiqatı aparılacaq. Vəkillər öz müştərilərinin eyni cinayətə görə ikinci dəfə mühakimə olunduğunu iddia etsələr də, hakim bu fikirlər razılaşmayıb. Qeyd edək ki, Xodorkovski və Lebedev 2005-ci ildə vergidən yayınma maddəsi ilə mühakimə olunublar. Qərardadda “YUKOS” və “Menatep”in sabiq rəhbərlərinin ümumilikdə 892 milyard rubl məbləğində neft məhsullarını mənimsədiyi və 480 milyard rubl çirkli pulu yumaqda ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR