Bank Of Baku

Avropa Parlamenti Belarusu keçmiş prezidentliyə namizədləri azad etməyə çağırıb

Avropa Parlamenti Belarusu keçmiş prezidentliyə namizədləri azad etməyə çağırıb
# 30 dekabr 2010 22:48 (UTC +04:00)
Bakı-APA. Avropa Parlamentinin sədri Yeji Buzek Belarus iqtidarını müxalifətə qarşı təqibləri dayandırmağa və dekabrın 19-da keçirilən seçkilərdən sonra həbs edilən bütün keçmiş prezidentliyə namizədləri azad etməyə çağırıb.

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, onların dördü Minskdə iğtişaşlara təhrik etməkdə təqsirləndirir və 15 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.
Qərb ölkələri çoxsaylı pozuntular baş verən prezident seçkilərini tənqid edib.

Həbs olunan 22 müxalifət fəalının qohumları "Azadlıq" ictimai Komitəsini yaradıblar. Onlar bütün siyasi məhbusların azad olunmasına yardım etmək üçün Rusiya, ABŞ və Avropa Birliyi ölkələrinin liderlərinə müraciət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR