Bank Of Baku

Rusiyanın Surqut şəhər aeroportunda təyyarədə yanğınla müşayiət olunan partlayış baş verib, ölənlər və yaralananlar var

Rusiyanın Surqut şəhər aeroportunda təyyarədə yanğınla müşayiət olunan partlayış baş verib, ölənlər və yaralananlar var
# 01 yanvar 2011 20:28 (UTC +04:00)
APA-nın məlumatına görə, “Koqalımavia” aviasiya şirkətinə məxsus “Tu-154” təyyarəsi Moskvaya uçuş edərkən yaranmış nasazlıq səbəbindən geri qayıdaraq Surqut aeroportuna qəza enişi edib. Uçuş zolağına enən təyyarədən sərnişinlər evakuasiya ediləndən az sonra yanacaq çənlərində parlayış baş verib. Partlayış nəticəsində başlayan yanğın 10 dəqiqə çəkib və təyyarə demək olar ki, tamamilə yanıb.

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması (ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olmaqla) maddəsi ilə cinayət işi başlanıb.

Dəqiqləşdirilmiş məlumatlara görə, hadisə nəticəsində 3 nəfər ölüb, 44 nəfər xəsarət alıb. Ölənlərdən birinin – qadının meyiti yanmış təyyarənin qalıqları altından çıxarılıb. Uralın Nəqliyyat Prokurorluğundan ölənlərin birinin uşaq olduğu bildirilib. Yaralılar Surqut xəstəxanasına yerləşdiriliblər. Daha bir nəfər isə xəstəxanada ölüb.

Hadisə baş verərkən təyyarənin göyərtəsində 134 sərnişin olub.

Təyyarənin sərnişinlərinin hamısı Rusiya vətəndaşıdır. Açıqlanan siyahıda sərnişinlər arasında azərbaycanlı yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR