Bank Of Baku

Avropa Birliyi Belarus rəhbərliyinə qarşı sanksiyaları bərpa etməyə hazırlaşır

Avropa Birliyi Belarus rəhbərliyinə qarşı sanksiyaları bərpa etməyə hazırlaşır
# 04 yanvar 2011 11:37 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu “EUobserver”ə açıqlamasında İsveçin xarici işlər naziri Karl Bildt deyib. Onun fikrincə, AB bundan əvvəlki siyasətinin məntiqinə uyğun davranmalıdır: “Belarusda siyasi məhbus qalmayanda AB xarici işlər nazirləri Şurası pozitiv qərar qəbul etdi. İndi məhbusların sayının yenidən artdığı bir vaxtda müxalifətə qarşı tədbirlərin iştirakçısı olanları və onlara əməkdaşlıq edənləri AB ölkələrinə səfəri qadağan olunanların siyahısına qaytarmaq lazımdır”.

“EUobserver”in məlumatına əsasən bir sıra AB üzvləri təcili iclas çağıraraq Belarusa qarşı sanksiya tətbiq olunmasını istəyir. Lakin Almaniya və İsveç bunun nazirlərin 31 yanvara nəzərdə tutulan ilk görüşündə edilməsini məqsədəuyğun sayırlar. Diplomatik mənbələr AB-yə girişi yasaqlanacaq Belarus dövlət məmurlarının sayının 100-dən çox ola biləcəyini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR