Bank Of Baku

Yuliya Timoşenko xalqı meydana çağırıb

Yuliya Timoşenko xalqı meydana çağırıb
# 04 yanvar 2011 14:10 (UTC +04:00)
Bakı – APA. Ukraynanın sabiq baş naziri, müxalifət lideri Yuliya Timoşenko xalqı yanvarın 22-də paytaxt Kiyevin Müstəqillik Meydanına (“Maydan Nezalejnosti”) toplaşmağa çağırıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Y. Timoşenko Birlik Gününün (“Den Sobornosti”) qeyd olunacağı 22 yanvar tarixində Ukraynanın taleyinə biganə olmayan bütün vətəndaşları meydana səsləyib: “Bütün ölkəyə müraciət etmək istəyirəm. Hər kəsə xatırlatmaq istəyirəm ki, yanvarın 22-də tariximizin ən önəmli hadisələrindən və bayramlarından birini qeyd edirik. Bu, bizim birlik günümüzdür. Ona görə də bütün xoş məramlı insanları hər zaman toplaşdığımız yerə - Meydana gəlməyə və bayramı qeyd etməyə çağırıram”.

Xatırladaq ki, 1918-ci ilin yanvarında Ukrayna Xalq Respublikası elan olunub. Avstriya-Macarıstan İmperiyasına daxil olan Ukrayna torpaqlarında isə Qərbi-Ukrayna Xalq Respublikası yaradılıb. 1918-ci ilin dekabrında iki dövlətin liderləri birləşmə barədə müqavilə imzalayıblar. Bu müqavilə 1919-cu il yanvarın 22-də Kiyevin Sofiya meydanında elan edilib.

Əlavə edək ki, Y. Timoşenko yanvarın 5-də yenidən Baş Prokurorluğun xüsusilə vacib işlərin istintaqı üzrə Baş İdarəsinə çağırılıb. Sonuncu dəfə o, 2010-cu il dekabrın 31-də 1,5 saat ifadə verib. Dekabrın 30-da isə onun müstəntiqlərlə söhbəti 12 saat çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR