Bişkekdə 3 milis zabiti öldürülüb

Bişkekdə 3 milis zabiti öldürülüb
# 05 yanvar 2011 07:19 (UTC +04:00)
Bakı – APA. Qırğızıstanın paytaxtı Bişkek şəhərində 3 milis zabiti güllələnib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, milis zabitləri mehmanxanaların birində pasport rejimini yoxlayarkən “Kalaşnikov” avtomatından açılan atəşlə qətlə yetiriliblər. Hadisə gecə saat 10.00 radələrində baş verib.

Qeyd edək ki, Yeni il ərəfəsində Bişkek şəhər Daxili İşlər İdarəsinin qarşısında içinə bomba yerləşdirilmiş avtomobil aşkarlanıb. Hüquq-mühafizə orqanları faktla bağlı 9 terrorçunu həbs ediblər. Bu qrupun Bişkekdə terror aktları törətməyə hazırlaşdıqları müəyyənləşdirilib. Milisləri öldürən şəxslərin də bu qrupun üzvləri olduqları güman edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR