Bank Of Baku

Qırğızıstanda üç milis zabitini güllələyən cinayətkar qrup məhv edilib

Qırğızıstanda üç milis zabitini güllələyən cinayətkar qrup məhv edilib
# 05 yanvar 2011 16:23 (UTC +04:00)
Bakı - APA. Qırğızıstanda üç milis zabitini güllələyən cinayətkar qrup məhv edilib. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən bildirilib.

Komitənin “Alfa” qrupunun keçirdiyi xüsusi əməliyyat nəticəsində iki yaraqlı öldürülüb, biri isə yaralı halda ələ keçirilib. İki saat davam edən əməliyyat zamanı “Alfa” qrupunun bir zabiti də həlak olub.

Yaraqlılar paytaxt Bişkekdən 20 km-lik məsafədə yerləşən Beş-Kunqey kəndindəki evlərin birində gizləniblər. Evdə külli miqdarda silah-sursat olduğundan, əməliyyat zamanı partlayış qeydə alınıb. Dinc sakinlərdən zərər çəkən olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR