Bank Of Baku

Qırğızıstanın cənubunda baş verən toqquşmalar zamanı sahibkarlara 30 milyon dollardan çox ziyan dəyib

Qırğızıstanın cənubunda baş verən toqquşmalar zamanı sahibkarlara 30 milyon dollardan çox ziyan dəyib
# 06 yanvar 2011 07:24 (UTC +04:00)
Bakı-APA. İyunda Qırğızıstanın cənubunda baş verən münaqişə nəticəsində sahibkarlara dəyən zərərin miqdarı açıqlanıb. APA-nın məlumatına görə, ölkənin iqtisadi nizamlama naziri Azamat Jorobekov hadisə zamanı sahibkarlara 30 milyon dollardan çox ziyan dəydiyini deyib. Ümumilikdə qarət, soyğunçuluq və yanğınlardan 1349 sahibkarlıq subyektinə zərər dəyib. Hökumət sahibkarlara dəyən zərərin ödənilməsi üçün onlara birdəfəlik faizsiz ssuda veriləcəyini bəyan edib. Xatırladaq ki, iyunda Qırğızıstanın cənubunda özbəklərlə qırğızlar arasında milli zəmində toqquşmalar baş verib. Hadisə nəticəsində yüzlərlə insan ölüb, mindən artıq insan yaralanıb, 2 mindən çox ev yararsız vəziyyətə düşüb. Milli zəmində baş verən toqquşmalardan sonra 500 minə yaxın insan evini tərk edərək Özbəkistan ərazisinə keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR