Bank Of Baku

Rusiya prezidenti Dmitri Medvedev səs verib

Rusiya prezidenti Dmitri Medvedev səs verib
# 04 mart 2012 12:22 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Dmitri Medvedev prezident seçkilərində səs verib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, D. Medevedev həyat yoldaşı Sevetlana Medvedeva ilə birlikdə saat 11:00-da Moskvanın 1118 nömrəli məktəbində yerləşən 2634 nömrəli seçki məntəqəsinə gələrək səs veriblər.

Qeyd edək ki, bu gün Rusiya vətəndaşları yeni prezident seçirlər. Prezident vəzifəsi uğrunda 5 namizəd – “Vahid Rusiya” partiyasının lideri, baş nazir Vladimir Putin, kommunistlərin lideri Gennadi Züqanov, “Ədalətli Rusiya” partiyasından Sergey Mironov, liberal-demokratlardan Vladimir Jirinovski və bitərəf milyarder Mixail Proxorov mübarizə aparırlar. Seçiləcək prezident ölkəni əvvəlki kimi 4 yox, 6 il idarə edəcək.

108 milyondan artıq insanın səs verə biləcəyi seçki məntəqələri yerli vaxtla saat 08:00-dan seçicilərin üzünə açılıb və saat 20:00-a kimi davam edəcək. Səsvermə ilk olaraq Bakı vaxtı ilə 00.00-da Çukotka, Kamçatka və Maqadan vilayətində başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR