Bank Of Baku

Moskvada müxalifət etiraz aksiyası keçirir

Moskvada müxalifət etiraz aksiyası keçirir
# 05 mart 2012 16:41 (UTC +04:00)
APA-nın məlumatına görə, aksiyada açılış nitqi ilə çıxış edən Vladimir Rıjkov prezident seçkilərini qeyri-legitim adlandırıb.

“Onların seçkisi məzhəkə, hakimiyyətləri qeyri-legitimdir”, - deyə V. Rıjkov bildirib.

Sonra o, vaxtından əvvəl parlament və prezident seçkilərinin keçirilməsi, seçki komissiyalarının istefaya göndərilməsi, saxtalaşdırmaların araşdırılması, siyasi məhbusların azad edilməsi və siyasi sistemdə islahatların aparılması tələblərini səsləndirib.

Qeyd edək ki, Puşkin meydanında 10 min nəfərin iştirakı ilə etiraz aksiyasının keçirilməsi razılaşdırılıb.

Xatırladaq ki, martın 4-də Rusiyada keçirilən prezident seçkilərində Mərkəzi Seçki Komissiyası protokolların 99,99 faizinin açıqlanmasından sonra baş nazir Vladimir Putini 63,60 səslə qalib elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR