Moskva meriyası müxalifətə “Milyonların Marşı” aksiyasını keçirmək üçün paytaxtın mərkəzində yer ayırıb
12 sentyabr 2012 11:34 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Moskva meriyası Rusiya müxalifətinə paytaxtın mərkəzində kütləvi aksiya keçirməyə icazə verib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, meriya ilə müxalifət nümmayəndələri arasında uzun müddət davam edən danışıqlardan sonra razılıq əldə olunub.
Əldə olunan razılığa əsasən müxalifət sentyabrın 15-də “Milyonların Marşı” aksiyasını “Puşkinskaya” metrosunun yanından başlayıb, Saxarov prospektində bitirəcək. Müxalifətçi “Sol cəbhə”nin lideri Sergey Udaltsov sentyabrın 15-də keçiriləcək aksiyada 60 min nəfərə yaxın insanın iştirakının gözlənildiyini söyləyib. O, Moskva meriyasının mitinq keçirmək üçün müxalifətə 8 saat vaxt ayırdığını da bildirib.
Qeyd edək ki, Rusiya Kommunist Partiyası ilk dəfə rəsmi olaraq “Milyonların Marşı” aksiyasında iştirak edəcəyini açıqlayıb.

MDB
KTMT-nin müdafiə nazirləri Almatıda regional təhlükələri müzakirə edəcək
12:40
28 may 2024
İran Rusiyadan 12 Mi-17 helikopteri alacaq
11:54
28 may 2024
"Rosatom"la AEBA arasında Zaporojye AES-lə bağlı danışıqlar keçirilir
11:53
28 may 2024
Ermənistanın müdafiə naziri Brüsselə gedib
11:46
28 may 2024