Bank Of Baku

RF Rabitə və Kütləvi Kommunikasiya naziri: “Rusiyada YouTube saytına giriş qadağan oluna bilər”

RF Rabitə və Kütləvi Kommunikasiya naziri: “Rusiyada YouTube saytına giriş qadağan oluna bilər”
# 18 sentyabr 2012 20:08 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyada YouTube saytına giriş qadağan oluna bilər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Rabitə və Kütləvi Kommunikasiya naziri Nikolay Nikiforov öz “Twitter” səhifəsində yazıb. O, YouTube saytına girişin “Müsəlmanların məsumiyyəti” adlı qalmaqallı filmə görə qadağan oluna biləcəyini söyləyib: “Bu filmə görə, 3-5 noyabrda Rusiya ərazisində Google-a məxsus YouTube saytına giriş tamamamilə dayandırıla bilər”. Nazir qeyd edib ki, noyabrın 1-dən “Uşaqları inkişafına və sağlamlığına pis təsir edəcək informasiyadan qorunmaq haqqında” qanun qüvvəyə minəcək: : “Əgər bu qalmaqallı film YouTube tərəfindən ekstremist film kimi tanınmayacaqsa, onda bu sayt da Rusiyada qara siyahıya düşəcək”.
Qeyd edək ki, dünən Rusiya Federasiyası Baş Prokurorluğu ABŞ-da çəkilən “Müsəlmanların məsumiyyəti” filmini ekstremist məzmunlu film kimi tanıyıb. Bu barədə Baş Prokurorluğun rəsmi nümayəndəsi Marina Qridnyova məlumat verib. O bildirib ki, prokurorluq filmin Rusiya ərazisində nümayişinə qadağa qoyulması üçün məhkəməyə müvafiq məktub göndərib: “Məhkəmənin qərarınadək Baş Prokurorluq rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar üzrə Federal Xidmətə filmlə bağlı informasiyaların KİV-də yayılmasını əngəlləmək üçün tədbir görməyi tapşırıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR