Bank Of Baku

Kulevidə ARDNŞ-in tikəcəyi karbamid zavodunun təməlqoyma mərasimi keçirilib

Kulevidə ARDNŞ-in tikəcəyi karbamid zavodunun təməlqoyma mərasimi keçirilib
# 18 sentyabr 2012 20:51 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Kulevidə 24 hektarı əhatə edən karbamid zavodunun təməli qoyulub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, təməlqoyma mərasimində Gürcüstan prezidenti Mixail Saakaşvili, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın maliyyə naziri Aleksandr Xetaquri və digər rəsmi şəxslər iştirak edib. Məlumata görə, zavodu Azərbaycan şirkəti olan “SOCAR Georgia İnvestments Ltd” tikəcək. Gürcüstan prezidenti təməlqoyma mərasimdəki çıxışında bildirib ki, müəssisənin tikintisində 1500 nəfər çalışacaq və müəssisə istifadəyə verildikdən sonra burada 700 nəfər işləyəcək.

“Poti azad sənaye zonasının real həyata keçirilməsi başlayır. Dörd il ərzində Poti və yeni tikiləcək zavoda ümumilikdə götürsək, milyard investisiya qoyulacaq. Bu, 1500 nəfər potilinin işlə təmin olunmasıdır. Bu göstərir ki, tezliklə Poti və onun ətrafında bütünlüklə işsizlik ləğv olacaq. Poti şəhəri əsl sənaye mərkəzinə çevriləcək”, deyə Saakaşvili bildirib.

Gürcüstan prezidenti qeyd edib ki, Qara dəniz sənaye zonası hansısa hökumətə və komandaya aid olan layihə deyil: “Bu layihənin strateji inkişafı həmişə davam etməli və gələcək hökumət ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artırmalıdır”.

Qeyd edək ki, yeni tikiləcək zavodun illik istehsal gücü 660 min ton olacaq. Məlumata görə, layihənin investisiya dəyəri 100 milyon ABŞ dolları həcmində olacaq. Zavodun tikintisi 2016-cı ildə başa çatdırılacaq.

Karbamid zavodunun təməlqoyma mərasimindən sonra Gürcüstanın iqtisadi inkişaf naziri Vera Kobaliya və “SOCAR İnvestments Ltd” şirkətinin baş direktoru Əfqan İsayev zavodun tikintisi ilə bağlı müqavilə imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR