Bank Of Baku

Georgi Baramidze: “Patarkasişvilinin dövlət çevrilişi planı iflasa uğrayıb”

Georgi Baramidze: “Patarkasişvilinin dövlət çevrilişi planı iflasa uğrayıb”
# 26 dekabr 2007 15:06 (UTC +04:00)
“Gürcüstan xüsusi xidmət orqanlarının fəaliyyəti nəticəsində Badri Patarkasişvilinin dövlət çevrilişi planı iflasa uğrayıb”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə Gürcüstanın Avropa və Avroatlantik məkana inteqrasiya məsələləri naziri Georgi Baramidze söyləyib. O, Patarkasişvilinin fəaliyyətinin Gürcüstan dövlətçiliyi üçün təhlükə törətdiyini vurğulayıb. Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstan baş prokurorunun müavini Nikoloz Qvaramiya prezidentliyə namizəd Badri Patarkasişvilinin seçki qərargahını prezident seçkilərindən sonra ölkədə kütləvi iğtişaşlar törətməyə hazırlaşmaqda ittiham edib. Bununla əlaqədar Badri Patarkasişvilinin seçki qərargahının rəhbəri Valeri Qelbaxiani dövlət quruluşunu dəyişməyə cəhd maddəsi ilə həbs olunub. Badri Patarkasişvili isə ona qarşı ünvanlanan ittihamları rədd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR