Bank Of Baku

Mixail Saakaşvili müxalifətə vəzifə vəd edir

Mixail Saakaşvili müxalifətə vəzifə vəd edir
# 09 yanvar 2008 10:42 (UTC +04:00)
Mixail Saakaşvili yeni qurulacaq hökumətə müxalifət partiyalarının nümayəndələrinin dəvət olunacağını istisna etməyib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, M. Saakaşvili televiziya tok-şousunda çıxışında öz komandasına xeyli yeni sima, o cümlədən peşəkarları və siyasi partiya nümayəndələrini dəvət edəcəyini açıqlayıb: “Mənim xalqım mənə mandat verib. Mən bu mandatdan icra hakimiyyətini ciddi şəkildə yeniləmək və öz vədlərimi yerinə yetirmək üçün istifadə edəcəyəm”. M. Saakaşvilinin seçki qərargahının rəhbəri, münaqişələrin həlli üzrə dövlət naziri David Bakradze də müxalifət nümayəndələrinin yeni hökumətdə təmsil olunacağını istisna etməyib: “Gürcüstanda layiqli adamlar çoxdur həm hökumət komandasında, həm də müxalifətdə. Mixail Saakaşvilinin bəyanatı göstərir ki, onun üçün partiya maraqları yox, güclü Gürcüstan daha önəmlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR