Bank Of Baku

Tiflisin mərkəzində müxalifətin kütləvi aksiyası başlayıb - FOTOSESSİYA

Tiflisin mərkəzində müxalifətin kütləvi aksiyası başlayıb - <font color=#FF0000>FOTOSESSİYA </font>
# 15 fevral 2008 14:41 (UTC +04:00)
Mitinqə birləşmiş müxalifətə daxil olmayan Leyboristlər Partiyası və “Yeni sağlar” da dəstək verir. Aksiyanın əvvəlində “Bizim Gürcüstan” Partiyasının təsisçisi, iş adamı Badri Patarkatsişvilinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən Mühafizəkarlar Partiyasının lideri, deputat Zviad Dzidziquri ədalətli parlament seçkilərinin keçirilməsini, mətbuat azadlığının təmin olunmasını və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb etdiklərini bildirib: “Bu tələblər bizim Memorandumda ətraflı yazılıb. Ancaq hakimiyyət onları yerinə yetirməkdən imtina etdi. Onlar hesab edirlər ki, xalq artıq yorulub və mitinqlərə çıxmayacaq. Bu gün yanıldıqlarını görəcəklər”. Xalq Partiyasının lideri Koba Davitaşvili irəli sürdükləri heç bir tələbdən geri çəkilməyəcəklərini bəyan edib. Deputat Kaxa Kukava isə birləşmiş müxalifətin seçkidə vahid siyahı ilə iştirak edəcəyini açıqlayıb.
Qeyd edək ki, aksiya insidentsiz davam edir. Rustaveli prospektində nəqliyyatın hərəkəti dayandırılıb. Asayişə patrul polisi nəzarət edir. Tiflis meriyası birləşmiş müxalifətə fevralın 25-nə qədər kütləvi aksiya keçirməyə icazə verib.














1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR