Bank Of Baku

Gürcüstan Rusiyaya nota verib

Gürcüstan Rusiyaya nota verib
# 17 fevral 2008 10:26 (UTC +04:00)
Gürcüstan XİN-in başçısı David Bakradze jurnalistlərə bildirib ki, səfirdən Rusiya XİN-in 15 fevral tarixli bəyanatı ilə izahat tələb olunub: “Biz Rusiya ilə bərabərhüquqlu qonşuluq münasibətlərinin qurulmasına çalışırıq. Ancaq bu münasibətlər Gürcüstanın ərazi bütövlüyü hesabına qurulmamalıdır”.
Qeyd edək ki, fevralın 15-də Rusiya XİN-in başçısı Sergey Lavrov Gürcüstandakı separatçı bölgələrin “prezidentləri” Abxaziya lideri Sergey Baqapş və Cənubi Osetiya rəhbəri Eduard Kokoyta ilə görüşüb. Görüşdə gürcü-abxaz və gürcü osetin münaqişələrinin həlli, Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməyə hazırlaşması və bir sıra dövlətlərin bu müstəqilliyi tanıyacağı ilə bağlı bəyanatlar müzakirə olunub. Tərəflər qeyd ediblər ki, Kosovonun müstəqilliyi tanınacağı halda, Abxaziya və Cənubi Osetiyadakı situasiya da nəzərə alınmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR