Bank Of Baku

Gürcüstanda baş verən güclü qasırğa ölkənin həyatını iflic vəziyyətinə salıb

Gürcüstanda baş verən güclü qasırğa ölkənin həyatını iflic vəziyyətinə salıb
# 21 fevral 2008 11:42 (UTC +04:00)
Gürcüstan Avtomobil Yolları Departamenti maşınların Tiflisdən kənara çıxmasını qadağan edib. Çovğun və boranda yolda qalmış insanların xilas edilməsinə xilasetmə dəstələri və xüsusi təyinatlı birləşmələr cəlb olunub. Ölkə üzrə xilasetmə işlərinə daxili işlər naziri Vano Merabişvili rəhbərlik edir. İlkin məlumata görə, təbii fəlakət nəticəsində ən azı 2 nəfər ölüb. Acarıstanda vəziyyət daha acınacaqlıdır. Burada qasırğa Batumi limanı akvatoriyasında lövbər salmış bir neçə tankeri özü ilə açıq dənizə aparıb. Batumi akvatoriyasında qasırğanın gücü 8 bala çatıb. Gürcüstan Energetika Nazirliyi qasırğa səbəbilə ölkədə 243 min abonentin işıqsız qaldığını bəyan edib. Acarıstan, Gürcüstanın mərkəzi hissəsi və dağlıq bölgələrə elektrik enerjisinin verilməsi tamamilə dayandırılıb. Sinoptiklər gecə Gürcüstan ərazisində havanın orta temperaturunun mənfi 15 dərəcəyə çatacağını proqnozlaşdırır. Havaların ən azı 3 gün bu cür davam edəcəyi gözlənilir. MDB dövlət başçılarının Moskvada keçiriləcək qeyri-formal sammitinə yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verən Gürcüstan prezidenti Mixail Saakaşvili ölkənin yardım üçün Ermənistan hökumətinə rəsmən müraciət etdiyini bildirib: “Biz artıq Ermənistan hökuməti ilə əlaqə saxlamışıq və onlardan həmsərhəd bölgələrdə və Ninoçminda və Axalkələk yollarında qarın əsirinə çevrilmiş insanların xilas edilməsinə yardım göstərməyi xahiş etmişik. Həmin ərazilərə Ermənistan ərazisindən daxil olmaq daha asandır”. Prezident ölkənin yüksək gərginlikli elektrik xətlərinin 80 faizinin qasırğa nəticəsində sıradan çıxdığını və hazırda təmir-bərpa işlərinin davam etdiyini bildirib. O, Şida Kartli və Qərbi Gürcüstanın əksər şəhər, rayon və kəndlərində vəziyyətin daha acınacaqlı olduğunu vurğulayıb: “Bəzi yerlərdə güclü qar yağması səbəbilə içərisində çoxlu vətəndaşlar, o cümlədən uşaqlar olan avtobuslar yollarda qalıb. Onların demək olar ki, hamısını evakuasiya etməyə müvəffəq olmuşuq. Həmin insanları xilas etmək üçün xilasedicilər bəzən 5 kilometr məsafəni piyada getməli olublar. Təəssüf ki, fəlakət tələfatsız ötüşməyib. Vətəndaşlarımızdan birinin Axalkələkdə çovğuna düşərək ölməsi barədə xəbər təsdiqlənib”. Qasırğa yeni istifadəyə verilmiş Tiflis Beynəlxalq Hava lİmanının binasına da ciddi ziyan vurub. Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Elxan Poluxovun APA-ya verdiyi məlumata görə, qasırğa əsasən ölkənin qərb hissəsini əhatə edib, bu səbəbdən Gürcüstanda yaşayan soydaşlarımız təbii fəlakətdən zərər çəkməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR