Bank Of Baku

Badri Patarkasişvilinin vəsiyyətnaməsi ortaya çıxıb

Badri Patarkasişvilinin vəsiyyətnaməsi ortaya çıxıb
# 22 fevral 2008 13:29 (UTC +04:00)
Tiflis APA. Tanınmış iş adamı, “Bizim Gürcüstan” Partiyasının təsisçisi Badri Patarkasişvilinin vəsiyyətnaməsi ortaya çıxıb. APA-nın məlumatına görə, Gürcüstanda nəşr olunan “Aliya” qəzeti biznesmenin öz sərvətini həyat yoldaşına və iki qızına vəsiyyət etdiyini yazıb. Vəsiyyətnamə Tiflisdə müxalifətin mitinqi dağıdıldıqdan və B. Patarkasişviliyə məxsus “İmedi” teleşirkətinin əmlakına həbs qoyulduqdan 10 gün sonra - 2007-ci il noyabrın 17-də tərtib olunub. İş adamının əmlakı həyat yoldaşı İnna Qudavadzeyə, qızları 28 yaşlı Lana və 25 yaşlı İeyə qismət olub. Mərhum arzu edib ki, onun ölümündən sonra leykemiya xəstəsi olan uşaqlara yardım edən xeyriyyə fondu işini davam etdirsin. B. Patarkasişvili David adlı nikahdankənar oğlu olduğunu da bildirərək, həyat yoldaşından üzr diləyib və onu anlamasını xahiş edib. O, oğlunun bacıları ilə tanış edilməsini də istəyib. Şəxsi kapitalı olan 15 yaşlı David hazırda anası ilə birlikdə Moskvada yaşayır və kilsədə çalışır.
Qeyd edək ki, B. Patarkasişvili hələlik dəfn olunmayıb. Çünki təhqiqatı davam etdirən britaniyalı ekspertlər hələlik meyitin aparılmasına icazə vermirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR