ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və həyat yoldaşı Uşa Vens 9-10 fevral tarixlərində Ermənistana rəsmi səfər edəcəklər.
APA xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.
Ermənistan Baş naziri Nikol Paşinyan bu axşam ABŞ-ın vitse-prezidenti ilə görüşəcək və onlar birgə bəyanatla çıxış edəcəklər.
ABŞ-ın vitse-prezidenti sabah Azərbaycana yola düşəcək.